Kubada amerikalılar faşist adlandırılıb - 2004-12-17

Birləşmiş Ştatların Kubadakı nümayəndəliyinin binası yaxınlığında İraq məhbuslarına təzyiq göstərən Amerika əsgərlərinin şəkillərini nümayiş etdirən plakatlar asılıb. Bağdadın Əbu Greyb həbsxanasının başlarına torba keçirilmiş məhbusların şəkilləri ilə yanaşı plakatlarda “faşistlər” kəlməsi də yer alıb. Bu böyük plakatlar Kuba hökumətinin Milad bayramı münasibəti ilə binanın dekorasiyasının nəticəsi ilə üzləşəcəyi xəbərdarlığından üç gün sonraya təsadüf edib. ABŞ nümayəndələri Kubanı neon lampaları ilə yazılmış 75 rəqəminin qəzəbləndirdiyini deyirlər. 75 Kubanın keçən il həbs edilən 75-ci siyasi dissidentinin sayıdır.