Azərbaycanın dövlət başçısının London səfəri başa çatdı - 2004-12-14

Londonda işgüzar səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev bu gün Böyük Britaniyanın xarici işlər naziri Cek Strou və baş nazir Toni Blerlə görüşüb. Görüşdə iki ölkə arasında münasibətlər müzakirə edilib. Azərbaycanın dövlət başçısı, həmçinin Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Jan Lemyerlə də görüşüb. Qeyd edək ki, İlham Əliyevin səfəri bu gün başa çatır.