Moskvada mitinqlər keçirilir - 2004-12-12

Rusiya prezidentinin həm əleyhdarları və həm də tərəfdarları Moskva küçələrində mitinqlər keçirirlər. Mitinqlərin əsas mövzusu Kremlin hakimiyyəti əldə cəmləşdirməsi planlarıdır. Prezident Vladimir Putinin yüzlərlə tanınmış tənqidçisi bu yaxınlarda regional qubernatorların Kreml tərəfindən təyin edilməsi haqda qanunun qəbulunu demokratiyaya zərbə adlandırırlar. Onlar bunu avtoritar idarə üsulunun güclənməsi kimi qiymətləndirirlər. Dövlət media orqanları isə Moskvanın başqa güşəsində 15 min Putin tərəfdarının nümayış keçirməsi haqda xəbər yayıblar. Xatırladaq ki, bütün bu nümayişlər Rusiyanın Konstitusiya Günü və Putinin qubernatorları təyin etmək səlahiyyətini öz üzərinə götürməsi haqda qanunu imzalamasından sonraya təsadüf edir.