BMT-də islahatlarla bağlı hesabat baş katibə təqdim edilib - 2004-12-03

Birləşmiş Millətlər Təşkilatının baş katibi Kofi Annanın gələcəyi ilə bağlı suallar BMT-də islahatlarla bağlı hesabatı arxa plana çəkib. Dünən BMT-nin baş katibi Kofi Annana təqdim edilən hesabat BMT təsis edildikdən bəri ən əhatəli hesabat kimi qiymətləndirilir. 95 səhifəli sənəddə Təhlükəsizlik Şurasında islahat, BMT-də bürokratiyaya məhdudiyyətlər qoyulmasını tələb edən 101 tövsiyyə yer alır. Hesabat Tailandın sabiq baş naziri Anand Panyaraçunun başçılığı ilə idarə heyətinin 16 qabaqıl üzvü tərəfindən hazırlanıb. Hesabatla bağlı müxbirlərlə söhbəti zamanı cənab Panyaraçun Kofi Annanın baş katibi kimi gələcəyi ilə bağlı sullara da cavab verməli olmuşdur.O demişdir ki, mənim şəxsən baş katib Kofi Annana böyük hörmətim var. Biz onun təmizliyinə inanır, onun baş katib kimi BMT-nin tarixindəki rolunun əhəmiyyəti, proseslərin dəyişməsi və ona tədiqm etdiyimiz tövsiyyələrin həyata keçirilməsi üçün Kofi Anannın rəhbərliyinə ehtiyac duyuruq“-deyə o bildirmişdir. Baş katib Kofi Annanın gələcəyi məsələsi prezident Buşun neft ərzaq üçün proqramı çərcivəsində korrupsiya ittihamlarının tam və ədalətli yoxlanışına çağırması ilə daha da intensivləşib. Lakin prezident Buş dünənki çıxışı zamanı baş katib Kofi Annanın istefa verməli olduğunu deməyib. Bir gün bundan əvvəl isə Birləşmiş Ştatlar Senatının himanitar proqramlarla bağlı araşdırma aparan aşağı komitəsi istefa məsələsini qaldırmışdı. İstefa çağırışı Kofi Annanın oğlunun neft ərzaq üçün proqramı ilə müqavilə əsasında çalışan şirkətlərin birindən aylıq maaş aldığı aşkar edildikdən sonra səslənmişdi. Həmin gəlirin ümumi məbləği 125 000 dollar təşkil edir.