Ukraynadakı prezident seçkilərini yaxından izləmiş Amerika senatoru deyib ki, Ukraynada yeni seçkilər keçirilməlidir və bu dəfə artıq qiyabi bülletenlərdən istifadə olunmamalıdır. Senator Riçard Luqarın dediyinə görə beynəlxalq müşahidəçilər seçkilərin ikinci turunda qiyabi bülletenlərin saxtalaşdırmaya necə rəvac verdiyini detallı şəkildə müəyyən ediblər. Amerika televiziyasında çıxış edən cənab Luqar növbəti səsverməni yaranmış vəziyyətdən çıxmağın ən yaxşı yolu adlandırıb. Respublikaçı senator əlavə edib ki, Ruspərəst Viktor Yanukoviçin qələbəsi keçmiş Sovet respublikalarındakı demokratik proseslərə ağır zərbə vura bilər. Onun dediyinə görə hazırda dünya Sovet İttifaqından ayrılmış müstəqil dövlətlərin yenidən Rusiyaya ilhaq edilməsinn şahidi olur.