Ukraynanın Ali Məhkəməsi prezident seçkilərinin yekun nəticələrinin rəsmi nəşrini qadağan edib. Məhkəmənin bu gün çıxardığı hökm baş nazir Viktor Yanukoviçin inaqurasiyası cəhdlərini də yasaqlayır. Dünən Ukraynanın Mərkəzi Seçki Komissiyası baş nazirin cüzi fərqlə seçkilərdə qələbə əldə etdiyini elan etmişdi. Eyni zamanda paytaxt Kiyev və Ukraynanın bir neçə digər şəhərində kütləvi etiraz aksiyaları davam edir.