Ukrayna seçkiləri ilə bağlı Rusiya və Avropa Birliyinin fikirləri fərqlidir - 2004-11-25

Rusiya və Avropa Birliyinin liderləri Ukraynanın mübahisəli prezident seçkiləri ilə bağlı kəksin fikir ayrılığına malikdirlər. Öləkələrinin Avropa Birliyinin prezidentliyini icra edən Rusiya prezidenti Vladimir Putin və Hollandiyanın baş naziri Jan Peter Balkenende müxbirlərlə söhbəti zamanı Ukraynada siyasi böhranın həllinə fərqli baxışlarla yanaşmışlar. Vladimir Putin mübahisənin Ukraynanın konstitusiyası çərçivəsində məhkəmələr vasitəsi ilə həll edilməsinə çağırmışdır. Cənab Balkenende isə Avropa Birliyinin məsələyə münasibətini bir daha təkrar edərək, seçkilərin saxtakarlıqlarla müşaiyət edildiyini demişdir.