Koalisiya qüvvələri Əfqanıstanda reyd keçirmişlər - 2004-11-21

Şərqi Əfqanıztanda rəsmilərin bildirdiyinə görə Amerika və Əfqan hökumət qüvvələri əl-Qaida düşərgəsinə etdikləri hücum zamanı 4 nəfəri öldürmüş, və 5 militantı isə həbs etmişlər. Rəsmilərin dediyinə görə reyd səhər erkən Nanqarhar vilayətində baş vermişdir. Amerika hərbi rəsmilərinin verdiyi məlumata əsasən əməliyyat zamanı öldürülən və tutulanların arasında milliyətcə Ərəb olan döyüşçülər var. Hərbçilərin açıqlamasında həmçinin reyd zamanı külli miqdarda silah, sursat və pul ələ keçirildiyi xəbər verilir. Amerikalılar verdikləri bəyanatda Əfqan vətəndaşlarını militantlar haqqında məlumatı Əfqan polisinə və ya Amerika hərbçilərinə çatdırmağı tövsiyə edirlər.

Qeyd edək ki, Amerikanın başçılıq etdiyi qüvvələr Əfqanıstanda Taliban rejiminin qalıqlarını və onların əl-Qaida müttəfiqlərini təqib edirlər. Militantlar tez-tez Amerika və Əfqan hökuməti məntəqələrinə hücumlar edirlər.