Çilidə keçirilən APEK zirvə toplantısı başa çatır - 2004-11-21

Prezident Corc Buş və Asiya-Sakit Okeanı hövzəsinin başqa liderləri bu gün zirvə toplatısınının ikinci və sonuncu günündə iştirak ediblər. Çilinin paytaxtı Santyaqoda dünəndən bəri keçirilən APEK-in zirvə toplantısında terrorçuluq, ticarət və regional məsələlər müzakirə edilib. Zirvə tolpatısında iştirak edən 21 ölkənin dövlət və hökumət başçıları səhər erkən Çili milli geyimində birlikdə şəkil çəkdirmişlər. Bu günün yığıncağında Dünya Ticarət təşkilatının liberallaşdırılması məsələsi daxil olmaqla bir sıra reqional iqtisadi məsələlər müzakirə edilmişdir. Liderlər həmçinin birgə bəyanatla çıxış edəcəklər.

Prezident Buş dünən Çin, Yaponiya, Cənubi Koreya və Rusiyanın liderləri ilə görüşmüşdü. Onlar qəbul etdikləri birgə bəyanatda Şimali Koreyadan nüvə silahları proqramından əl çəkməyi tələb ediblər. Prezident Buş dediyinə görə liderlər həmçinin İranın nüvə programından narahatdırlar. Prezident Buş Meksikalı həmkarı Foksla Birləşmiş Ştatların mühacirət idarəsində islahatların həyata keçirilməsi məsələsini müzakirə edib. Cənab Buş bildirib ki, Meksikadan Birləşmiş Ştatlara işləmək üçün gələnlərə rəsmən icazə veriləcək. Lakin onlara Birləşmiş Ştatların vətəndaşı olmaq hüququ verilməyəcək. Prezident Foks isə mühacirət məsləsi barədə Birləşmiş Ştatlar ilə bir razılığa gələcəyinə ümid bəslədiyini bildirib.

Bu gün Birləşmiş Ştatlar və Çillinin rəsmilərilə birlikdə təşkili nəzərdə tutulan nahar ziyafəti təxirə salınıb. Buna Çili ilə Birləşmiş Ştatlar arasında təhlükəsizlik məsələləri barədə razılığın əldə ediməməsidir. Santyaqo qəzeti yazıb ki, Çili prezidenti Rikardo Lagos Birləşmiş Ştatların təhlükəsizlik xidməti nahar ziyafətində iştirak edənlərin hamısı metal detektorundan keçməyi təklifinin rədd etməsi üzündən ziyafət təşkil edilməyib. Ziyafətdə 200 rəsmi şəxs iştirak etməlidir. Amma indi 20 nəfərin iştirak edəcəyi bildirilir.