İraqın sünni üçbucağında zorakılıqlar davam edir - 2004-11-17

İraqın Fəllucə şəhəri daxil olmaqla sünni üçbucağında bu gün davam edən zorakılıqlar nəticəsində azı 25 nəfər həlak olub. Qaynar sünni üçbucağına daxil olan Anbar vilayətinin paytaxtı Ramadi şəhərində əsgərlərlə silahlı şəxslər arasında atışmalar baş verib. Şəhər xəstəxanasının nümayəndəsi deyib ki, döyüşlərdə 9 nəfər həlak olmuş, 15 nəfərsə yaralanmışdır. Bu gün Birləşmiş Ştatların hərbi təyyarələri yenidən Fəllucədəki üsyançıların mövqeylərini bombardman ediblər. Sünni üçbucağının şimalındakı Bayci şəhərində Birləşmiş Ştatların hərbi maşın karvanın yaxınlığında maşına yerləşdirilmiş bomba patrtlayışı nəticəsində azı 14 nəfər həlak olmuş və 3 Amerika əsgəri daxil olmaqla 10-dan çox adam yaralanmışdır. Ölkənin şimal bölgəsindəki Mosul şəhərində yaraqlılarla hərbi qüvvələr arasında bir neçə gündən bəri davam edən toqquşmalardan sonra, bu gün şəhərdə vəziyyət sakit olub.

Bu arada İraq polisi Balad və Samarra arasındakı yolda iki türk yük maşını sürüçüsünün cəsədini tapdığını bildirib. İraqda humanitar yardım işçisi Margaret Həsənin həyat yodaşı Tahsin Əl-Cəzirə televiziya kanalından həyata yoldaşının qətlinin göstərilməsindən sonra, İslamçı yaraqlıları həyat yoldaşını dəfn etmək üçün cənazəsini qaytarmağa çağırıb. Britaniyanın Baş Naziri Toni Blair İngiltərədə doğulmuş Marqarretin qətlini nifrətdoğuran hərəkət adlandırıb. Avropa Birliyinin yüksək vəzifəli rəsmi şəxsi Poul Nielsen deyib ki, bu hadisə humanitar işçilərin İraqdakı işini daha da çətinləşdirir. Xanım Marqaret 30 ildən çox İraq vətəndaşı idi. O, İraqdakı beynəlxalq humanitar yardım qrupunun başçısı idi və Birləşmiş Ştatların başçılığı altındakı koalisiya qüvvələrinin İraqa hücumuna qarşı çıxışlar edirdi.