Ekvatorial Qvineya rəsmilərinin bildirdiyinə görə həmin ölkənin ittihamçıları Mark Tetçerə qarşı hökuməti devirmək ittihamı ilə çıxış etmişlər. Keçmiş Britaniya baş naziri Maraqaret Tetçerin oğlu olan cənab Tetçer yaşadığı Cənubi Afrikada bu çevrilişi maliyyələşdirməkdə artıq rəsmən ittiham edilib. Ekvatorial Qvineya hökumətinin bildiridiyinə görə Mark Tetçer özü şəxsən məhkəmədə iştirak etməsə də onun mühakiməsi keçiriləcək. Hökumətin bildiridyinə görə ittiham olunanların sırasına cənab Tetçerdən əlavə 7 adam daxil edilib.