Britaniya rəhbəri Toni Bleyer İraqda təhlükəsizliyin İraqlılar tərəfindən təmin olunmasını istəyir  - 2004-11-14

Britaniya baş naziri Toni Bleyer güman edir ki, İraqlılar gələn ilin sonunadək öz təhlükəsizliklərini təmin etmək iqtidarında olacaqlar. NBC televiziya kanalına verdiyi müsahibədə cənab Bleyer İraqa əlavə xarici qoşunların göndərilməsinin əleyhinə çıxaraq bildirmişdir ki, həmin ölkədə təhlükəsizliyin təminatını İraqlılar öz üzərlərinə götürməlidirlər. Onun dediyinə görə bu barədə plan 2005-ci ilin sonuna qədər tamamlanacaq. Amerika rəhbərliyi altında çıxış edən koalisiya İraqlılara həmin ölkənin polis və silahlı qüvvələrində rol oynamaq üçün təlimlər keçib. Prezident Buşun dediyinə görə seçkilərin keçirilməsi nəzərdə tutulan Yanvar ayınadək 125 min İraqlı təlimdən keçmiş olacaq.