Pakistanın Ali Məhkəməsi nüvə alimi Əbdül Qədir Xanın ev dustaqlığından azad edilməsi ilə bağlı iddianı rədd edib. Alim nüvə sirlərini İran, Liviya və Şimali Koreyayay ötürməkdə ititham edilir. Məhkəmənin bu qərarı doktor Xanın məhkəməyə yaxıdığı məktubdan sonra verilib. Belə ki, alim yaxşı vəziyyətdə olduğunu, heç kimdən onun azadlığa buraxılması tələbi ilə məhkəməyə müraciət etməsini istəmədiyini yazıb. Məhkəməyə doktor Xanın yaxın dostu müraciət etmişdi.