Koalisiya qüvvələri Fəllucəyə daxil olublar - 2004-11-09

İraqın Müvəqqəti Baş Naziri İyad Əlavi Amerika və İraq əsgərlərinin Fəllucə şəhərinin mərkəzinə yaxınlaşdıqca qiyamçıları silahı yerə qoymağa və təslim olmağa çağırıb. Müvəqqəti Baş Nazirin nümayəndəsi Taher Əl-Naqib deyib ki, Amerika və İraq əsgərlərinin Fəllucə şəhərinə etdikləri hücuma baxmayaraq oradakı vəziyyəti siyasi yolla həll etmək üçün hələ də imkan qalır. Müvəqqəti hökumətin yüksək vəzifəli bir rəsmi şəxsi isə bildirib ki, Amerika və İraq əsgərləri plana əsasən Fəllucə şəhərini nəzarət altına alırlar. Hərbi əməliyyatda 12 min Amerika və İraq əsgəri iştirak edir. Amerikanın hərbi qüvvələrinin qiyamçıların istehkamlarını top atəşinə tutmaları nəticəsində istehkamlarda partlayışlar baş verib. Amerika və İraq əsgərləri şəhərin mərkəzi xəstəxanasını və dəmir yolu vağzalını ələ keçiribllər. Müvəqqəti hökumətin rəsmisi deyib ki. mülki əhali arasında itkilərin qarşısını almaq üçün xəstəxananın tutulması vacib idi.

Birləşmiş Ştatlar hərbi qüvvələrinin rəsmiləri deyirlər ki, Fəllucənin daxil olduğu Anbar vilayətində gedən döyüşlərdə çox millətli hərbi qüvvələrinin 6 əsgəri həlak olub. Qiyamçıların itkiləri barədə rəsmi məlumat əldə edilməyib.

Bu arada BMT Fəllucədə gedən döyüşlər nəticəsində şəhər sakinlərinin həlak ola bilməsindən narahatçılığını bildirib. Amerikanın rəsmiləri isə deyirlər ki, çox sayda adamın şəhəri tərk etməsinə baxmayaraq, şəhərdə hələ də yüz minə yaxın adam qalır.