ABŞ və İraqın hərbi qüvvələri geniş əməliyyatlara başlayır - 2004-11-03

İraqda qiyamçıların mülki obeyktlərə qarşı hücumlarından şiddətlənilən bir vaxt Birləşmiş Ştatlar və İraqın hərbi qüvvələri yaraqlılara qarşı geniş hərbi əməliyyata hazırlaşırlar. Birləşmiş Ştatların İraqdakı rəsmiləri deyirlər ki, ABŞ-ın hərbi təyyarələri bu gün Fallucədə yaraqlıların mövqeyini bombardman ediblər. Amerika və İraqın hərbi qüvvələri Əbü Musab əl Zərqavi də daxil olmaqla, əcnəbi döyüşçülərin fəaliyyət göstərdiyi Fallucə və Ramadidə yaraqlıların istehkamlarına qarşı birgə hərbi əməliyyata keçmişlər. Bu arada Əl-Cəzirə televiziya kanalı bildirib ki, İraqın Milli Qvardiyasının üzvülərinin başının kəsildiyini nümayiş etdirən videokaset əldə edilib. Videokasetin həqiqi olduğu hələlik təsdiq edilməyib. Qiyamçılar tərəfindən Bağdadda İraqın Neft Sənayesi Nazirliyinin bir rəsmi şəxsi qətlə yetirilib. Onlar həmçinin Bağdad Beynəlxalq Hava Limanının yoxlanış məntəqəsinə hücum ediblər. Xəbərlərə əsasən hücum nəticısində bir neçə mülki vətəndaş həlak olub. Bağdadın cənubunda isə bir Amerika əsgəri öldürülüb, digəri isə yaralanıb.