Yaxın Şərqdə də Birləşmiş Ştatların prezident seçkiləri diqqətlə izlənilir. Əl-Cəzirə tele-kanalının keçirdiyi sorğudan məlum olub ki, ərəblərin əksəriyyəti Con Kerrinin qələbəsinə ümid bəsləyir. Respondentlərin böyük əksəriyyəti Prezident Buşun İraqın işğalı və İsrail- ərəb münaqişəsinin həllində tərəf saxladığını tənqid edən senator Kerrini dəstəklədikləri bildiriblər. Lakin bəzi ərəblərin fikrincə namizədlər biri-birinə bənzədikləri üçün kimin seçilməsindən asılı olmayraq, böyük fərq yaranmayacaq.