Azərbaycan Milli Məclisində BMT-nin və YUNİSEF-in dəstəyilə “Qadın hüquqları: bərabər hüquqlardan bərabər nəticələrə” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə qadınların mövcud durumu, onların hüquqlarının qorunması vəziyyəti, hakimiyyət orqanlarında təmsilçiliyi, biznesdə tutduğu mövqe və başqa məsələlər müzakirə olunub.