Çeçen xalqına kompensasiya ödənilməsi tezləşdirilir - 2004-10-30

Rusiya prezidenti Vladimir Putin müharibə ilə əlaqədar Çeçenistan vətəndaşlarına veriləcək kompensasiya vədinə əməl edilməsinə çağırıb. Prezident Putin bu gün Çeçen prezidenti Alu Alxanova və Rusiyanın İqtisadiyyat naziri German Qrifə deyib ki, Moskva tez bir zamanda bu məsələni həll etməlidir. İnterfax xəbərlər agentliyi iqtisadiyyat nazirinə əsaslanaraq bildirir ki, Çeçenistanda plana daxil olan 39 000 nəfərdən 27 500 nəfəri kompensasiya alıb. Hesablamalara görə isə üstəlik 62 000 nəfərə də konpensasiya düşür. İtar-Tass xəbərlər agentliyi isə bildirir ki, prezident Putinin Çeçenistandakı elçisi Dmitri Kozak Rusiya hökumətinin vahid strategiya əsasında fəaliyyət göstərməli olduğunu deyib. Eyni zamanda bu gün səhər Qroznı şəhərində yerə basdırılmış minanın tapılıb zərərsizləşdiyi bildirilir.