Gürcüstna hökuməti fərdlər və bizneslərin gəlirlərinin gizlədilməməsi üçün vergi amnistiyası təklifi ilə çıxış edib. Prezident Mixail Saakaşvili bu gün nazirlər kabinetinin sessiyasında parlamentin təklifi nəzərdən keçirib, təsdiq edəcəyinə ümid bəslədiyini bildirib. Prezident deyib ki, amnistiya böyük məbləğdə vergilərdən boyun qaçıran şitkər və şəxslərə şamil edilməyəcək. Eyni zamanda Tbilisi meri Zurab Tseaberaşvili şəhər rayonlarından birinin administaratoru Zurab Adamiyanı vəzifəsindən kənar edib. Belə ki, Adamiya şəhər merinə 1500 dollarlıq saat təklif edib. Mer isə 82 dollar maaşı olan bir şəxsin hansı yolla bahalı saat əldə etdiyi barədə sual qaldırıb. Fransanın xəbər agentliyni merə istinadən bildirib ki, mer hədiyyəyə xərclənən pulun şəhərin büdcəsindən götürüldüyünə şübhə etmir.