Azərbaycan Xalq Cəbhəsi partiyası Bakı şəhər İcra Hakimiyyəti qarşısında piket keçirməyə cəhd edib - 2004-10-19

AXCP vətəndaşların sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılmasına etiraz olaraq Bakı şəhər İcra Hakimiyyəti qarşısında piket keçirməyə cəhd edib. Cəhdin qarşısı polis tərəfindən alınıb, 7 nəfər saxlanıb. Müxalifət liderlərinin məhkəməsində isə təqsirli bilinən şəxslər yekun çıxışlarını edir. Məhkəmə prosesinin yaxın günlərdə başa çatacağı gözlənilir.