Avstraliya höküməti İraqa əlavə hərbi güvvə göndərməycək. - 2004-10-18

Geyri rəsmi olaraq, onun Birləşmiş Ştatalardakı diplomatik missiya vasitəsi ilə Avstraliya höküməti BMT-nin İraqdakı işçilərinin mühafizəsi üçün əlavə hərbi güvvənin göndərilməsi barədə müraciətinə almışdır. Hal hazırda Avstraliyanın Körfəz regionunda 920 nəfər hərbi nümayəndəsi var və Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirmişdir ki, hökümət əlavə güvvə göndərməkdən imtina temişdir. Xarici İşlər Naziri Aleksandr Dauner demişdir ki, Kanberra artıq İraqda əsaslı yardım göstərib və oraya əlavə güvvə göndərməyə niyyəti yoxdur. Əvəzində hökümət, BMT işçilərinin mühafizəsi üçün 155 nəfər əsqərinin göndərilməsi barədə hazırlığını bildirən Fidjiyə, əsqərlərin təlimi və təchizatı məsələlərində kömək etməyə hazırdır.