Demokrat seçicilərin səslərinin düzgün hesablanmamasında günahlandırılan Florida qubernatoru Ceb Buş ştatda keçiriləcək seçkilərin ədalətli olacağından əminliyini bildirir. ABC tele-kanalına müsahibəsi zamanı qubernator, prezidentin qardaşı Ceb Buş deyib ki, ştat rəsmiləri tərəfindən sakinlərin səsvermə prosesinin asaslaşdırılması üçün bütün lazımi addımlar atılıb. O, seçki nümayəndələrinin son 4 il ərzində yaxşı təlimatlandırıldığını bildirib. Respublikaçı qurbernator deyib ki, Cəksonvill şəhərində artıq erkən səsvermə şəraiti yaradılıb. Zənci mülki liderlər və demokratlar bu böyük şəhərdə yeganə erkən seçki məntəqəsinə etirazlarını bildirirlər.