Prezident Putin çeçen separatçıları ilə danışıqlara getmir - 2004-10-17

Uzun illərdir ki, Çeçenistan Rusiyanın, bundan əvvəl isə Sovet liderlərinin böyük problemi olmuşdur. Hazırki prezident Vladimir Putin çeçen probleminin həllində sərt mövqe tutub. Amerikanın səsinin müxbiri Andre de Nesnera bu problem barədə hesabat hazırlayıb. 1999-cu ildə Boris Yeltsinin hakimiyyəti dövrü Putinin baş nazir olduğu vaxt o, Çeçenistanda separatçı qüvvələrin məhvi məqsədi ilə regiona qüvvə göndərmişdi. Bununla da demokratik seçki yolu ilə hakimiyyət başına gələn prezident Aslan Məshədov vəzifəsindən uzaqlaşdırılmışdı. Ekspertlərin fikrincə Putinin Çeçenistana qüvvə yerləşdirməsinin səbəbi çeçenlərin üsyankar lideri Şamil Basayev və onun döyüşçülərinin Dağıstan sərhədlərini keçməsi olmuşdu. Putin bunu terrorizm kimi qiymətləndirmişdi. O vaxtdan bəri Putin Rusiyanın çeçen separatçılarına garşı müharibəni terrorizmə garşı global mübarizənin tərkib hissəsi kimi təgdim edir. O, rusiyalılara müharibəni iki-üç həftəyə bitirməyi vəd etmişdi. Lakin üstündən beş il keçsə də Rusiya hərbi güvvələri hələ də Çeçenistandadır. Öz növbəsində, çeçen üsyançiları təyyarələri partlatmaq, Moskvanın küçələri və metrosuna bomba yerləşdirmək, şəhər teatrlarının birində girov götürməklə terrorizmə üz tutmuşlar. Bunun son nümunəsi keçən ay Şimali Osetiyanın Beslan şəhərində müşahidə olunub. Çeçen yaraqlılarının məktəbə hücumu nəticəsində, yarısı usaq olmaqla 330 nəfərdən artıq insan öldürülüb. Üç gün davam edən garşıdurma Çeçen separatçıları və Russiyanın hərbi güvvələrinin döyüşü ilə nəticələnmişdir. Çeçen səhra komandiri Şamil Basayev bu hücumun məhsuliyyətini üzərinə götürüb. Hücum Çeçenistanın sabiq prezidenti Aslan Məshədov tərəfindən ittiham edilmişdir. Prezident Putin demişdir ki, Beslan hücumu terrorçularla danışıqların mümkünsüzlüyünü təstiqləmişdir. O, bu fikri keçən ay Horvard Universitetinin nümayəndəsi Marşal Goldmanın iştiraki ilə qərb müxbirləri və Rusiya mütəxəssisləri ilə keçirdiyi görüşdə söyləmişdir. Valdimir Putin dörd il əvvəl çeçen böhranının həlli vədi ilə prezident seçılmişdi. Eksperlərin fikrincə onun sərt xətt siyasəti sadədir: “nə güzəşt nə də danışıq”. Eksperlərin əksəriyyəti bildirir ki, problemin həllinin tapılması üçün cənab Putin dövlət səviyyəli rəhbərlik xüsusiyyətlərini nümayiş etdirməlidir.