Almaniya kansleri Liviyadadır - 2004-10-15

Almaniya kansleri Gerhard Şröyderin iki günlük Liviya səfəri başlayıb. Bu səfər müddəti o, ölkənin rəhbəri Müəmmar Qəzzafinin yeni islahatlarları ilə tanış olacaq. Cənab Şröyder dünən paytaxt Tripolidə cənab Kəzzafi ilə görüşmüşdü. Görüş zamanı beynəlxalq və ikitərəfli münasibətlər müzakirə olunmuşdu. Almaniya rəsmilərinin bildirdiyinə görə, cənab Şröyder Liviya siyasətindəki dəyişikləri “vacib” adlandırmışdır. Bundan əlavə o, cənab Kəzzafini Almaniyaya dəvət etmişdir.