Silah müfəttişləri İrana buraxılmaya bilər - 2004-10-14

İran qanunvericisi Əlaəddin Burucerdi bildirib ki, İranın nüvə proqramı BMT-nin Təhlükəszlik Şurasında müzakirəyə qoyulsa, beynəxlaq müfəttişlər ölkəyə buraxılmayacaq. İranın milli təhlükəszlik və xarici siyasət üzrə parlament komissiyasına başçılıq edən cənab Burucerdi bu bəyanatı bu gün Moskvada müxbirlərlə söhbəti zamanı vermişdir. O, Rusiyanın Atom Enerjisi Agentliyinin sədri Aleksandr Rumyantsevin İrana səfərindən əvvəl Moskvada Rusiyanın yüksək səlahiyyətli nümayəndələri ilə görüş keçirmişdir.