BMT Nüvə Agentliyi İraqda nüvə materiallarının itməsindən narahatdır - 2004-10-12

BMT nüvə agentliyi Amerika İraqı azad edəndən bəri nüvə silahlarının istifadəsi üçün istifadə edilə biləcək materialların yoxa çıxmasından narahatçılığını izhar etmişdir. BMT Təhlükəsizlik Şurasına göndərdiyi hesabatda Beynəlxalq Nüvə Enerjisi Agenlitiy məlumat verir ki, peyk şəkilləri içində külli miqdarda ləvazimat olan binaların dağıdıldığını göstərir. Hesabatda həmçinin başqa açıq yerlərdə saxlanılan ləvazimatların yoxa çıxdığını bəyan edir. Nüvə Agentliyi rəhbəri Əl Baradeinin dediyinə görə İraq hökuməti hələ də agentliyi onun mühüm hesab etdiyi obyektlərdə olan dəyişikliklər haqda məlumatlandırmağa borcludur.