Qırmızı dəniz kurortunda bomba hücumlarında şübhəliliərin istintaqı başlanıb - 2004-10-10

Misirli müstəntiqlər şübhəli bilinənləri sorğu-sual etməyə başlayıblar. Misrin təhlükəsizlik qüvvələrinin adı çəkilməyən bir rəsmisinə isinad edən xəbər agentlikləri kurort ərazisinə partlayıcı maddələrin gətirilməsi ilə əlaqədar onlara adamın dindirildiyi haqda məlumat verib. Bu arada, Misir və İsrailin xilasetmə qrupları bu gün dağıntılar altında qalanların axtarışını dayandırmağa hazırlaşdıqlarını deyiblər. Taba və Ras Shitan kurorltarında bomba partlayışları zamanı 34 nəfər ölmüş, 100-dən artıq adam yaralanmışdır. İsrail hücumların məsuliyyətini Əl-Qaidənin üzərinə atmışdır.