Gürcüstanın Abxaziya regionunun baş naziri Raul Xadjimba bazar günü prezident seçkiləri zamanı saxtakarlıqlara yol verildiyini bildirir. Xəbər agentliklərinin bildirdiyinə görə, baş nazir məhz bu səbəbə görə seçkilərin qanunsuz hesab edilməsinə çağırır. Müxalif namizəd Sergey Baqapş seçkilərdə qələbə çaldığını iddia edərək, seçki nümayəndələrinin onun qələbəsini qəbul etməməsini qərəzli sövdələşmə kimi qiymətləndirib. Seçkilərin son nəticəsi hələ açıqlanmayıb. Gürcüstan rəsmiləri seçkiləri qeyri-qanuni adlandırırlar.