İranın nəqliyyat naziri işdən çıxarılıb - 2004-10-03

İranda mühafizəkarların üstünlük təşkil etdiyi parlament ölkənin nəqliyyat nazirini korrupsiyada və səriştəsizlikdə ittiham edərək onu işdən çıxarmışdır. Bu gün Prezident Xatəminin hökumətində mövqe tutan Əhməd Xorrəm böyük səs çoxluğu ilə öz vəzifəsindən azad edilib. Səsvermədə 290 üzvlük parlamentin 258-i iştirak edib. Televiziya ilə canlı yayımlanan debatlarda millət vəkilləri cənab Xorrəmi dəmir və avtomobil yollarında təhlükəsizliyi təmin edə bilməməkdə günahlandırmış, və aeroportla bağlı layihələri xarici kontraktorlara verməyə görə tənqid etmişlər.