Fələstində fövqəladə vəziyyət elan edilib - 2004-10-02

Fələstin nazirlər kabineti İsrail qüvvələrinin Qəzza zolağına reydinin ardınca fövqəladə vəziyyət elan etmişdir. Cümə Axşamından bəri davam edən reyd nəticəsində 42 Fələstinli öldürülmüşdür. Bu gün keçirilən fövqəladə sessiyada kabinet üzvləri sülh planını müəllifləri sırasında olan beynəlxalq tərəfləri dərhal müdaxilə etməyə çağırmışlar. Bu gün hücumlara etiraz olaraq Qərb Sahilində və Qəzza Zolağında bütün mağazalar bağlı qalıb. Fələstin baş naziri Əhməd Qureya isə özünün Bazar günü Moskvaya edəcək səfərini təxirə salıb. Hamas militantlarının sözçüsü Əl-Ərəbiyyə televiziya kanalına verdiyi müsahibədə Fələstinlilərin özünü-müdafiə hüququna malik olmasını deyərək İsraildəki hədəflərə endirilən raket zərbələrinə haqq qazandırmışdır.