Həmas Sderotda hücum həyata keçirib - 2004-09-29

Fələstinlilərin əldəqayırma raketinin İsrailə yaxın bölgədəki yaşayış binasına dəyməsi ilə bir körpə həlak olub, 10 adam yaralanıb. Sderotda həyata keçirilən hücumun məsuliyyətini Həmas qrupu üzərinə alıb. Hücum İsrail qüvvələrinin Qəzzada bu kimi hücumların qarşısının alınması məqsədi ilə həyata keçirdyi reydlər vaxtına təsadüf edir. Reydlər 4 fələstinlinin qətli, digər 15-nin yaralanmasına səbəb olub.