Taliban və əl-Qaida Əfqanıstanda seçkiləri əngəlləməyə çalışır - 2004-09-25

Amerika rəhbərliyi altında Əfqanıstanda fəaliyyət göstərən koalisiya qüvvələrinin hərbi komandiri bildirir ki, Oktyabrın 9-da keçiriləcək prezident seçkilərini sıradan çıxarmaq məqsədilə Taliban və əl-Qaida üzvləri öz destruktiv hərəkətlərini intensivləşdiriblər. Birləşmiş Ştatlar Leytenant-Generalı David Barno bu gün Kabildə deyib ki, bu qiyamçılar xırda bir azlığı təmsil edir və dünya ictimaiyyəti Əfqan xalqı ilə birgə dayanmağa borcludur. Komandirin dediyinə görə beynəlxalq ictimaiyyət Əfqan xalqının səsinə səs verməlidir. Bu arada rəsmilərin verdiyi xəbərə görə bu gün Taliban militantları bütün Əfqanıstan boyu 9 nəfər əsgəri qətlə yetiriblər.