Neft ərzaq üçün proqramında korrupsiya faktları araşdırılır - 2004-09-22

ABŞ konqresinin İraqdan yenicə qayıtmış 3 üzvü Birləşmiş Millətlər Təşkilatının neft ərzaq üçün proqramının İraqın müvəqqəti hökuməti tərəfindən nəzarətə götürüldüyünü bildiriblər. Dünən təşkil edilən mətbuat konfransında qanunvericilər konqresin apardığı təhqiqatlarla bağlı suallara cavab veriblər. Təhqiqiat 1996-2003-cü il proqrama ayrılmış vəsaitin milyardlarla dollarının yox olmasi ilə əlaqədardır. Cari ilin əvvəllərində BMT-nin İraq neftinin rzaq üçün proqramında korrupsiyaya yol verildiyi xəbəri konqresdə böyük təşviş yaratmışdı. Korrupsiyada yalnız iraqlılar deyil, BMT nümayəndələri, habelə xarici şirkətlər günahlandırılırdı. Lakin indiyədək BMT rəsmilərinə qarşı ittihamlar sübuta yetirilməmişdir. Amerika hökumətinin hesablama ofisinin təxminlərinə görə 5-10 milyard dollar Səddam Hüseyn və onun rejiminin cibinə getmişdir. BMT-nin neft ərzaq üçün proqramında korrupsiya məsələsi ilin əvvəllərində qaldırılmış, lakin Amerikanın başçılığı ilə İraq müharibəsi səbəbi ilə arxa plana çəkilmişdi.