Birləşmiş Ştatların Bağddadakı rəsmi nümayəndələrinin bildirdiyinə görə, onlar yaraqlıların tələbinə əsasən iki iraqlı qadın alimi həbsdən azad etmək niyyətində deyillər. Bundan əvvəl İraq hökuməti qadınlardan birinin zaminə buraxılacağını elan etmişdi. Lakin bu qərarın Əl-Zərqavi ilə əlaqəsi olan girovdarların tələbi ilə heç bir əlaqəsi olmadığı bildirilir. Alim qadınlar Səddam Hüseynin qeyri-qanuni silah proqramlarındakı iştiraklarına görə ittiham edilirlər.