Apellyasiya məhkəməsi Qarabağ Azadlıq Təşkilatının üzvlərini məhkəmə zalından azadlığa buraxıb - 2004-09-22

Apellyasiya məhkəməsi Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağını və təşkilatın daha beş fəalını şərti cəza kəsməklə azadlığa buraxıb. Onlar bu il iyunun 21-də Bakıda keçirilən NATO-nun konrfransında Ermənistan Silahlı Qüvvələrinin zabitlərinin iştirakına etiraz olaraq icazəsiz piket keçirməkdə və konfransın işini pozmaqda günahlandırılaraq həbs edilib. Təşkilatın fəalları ötən ay Nəsimi rayon məhkəmsinin hökmü ilə 3 ildən 5 ilədək azadlıqdan məhrum edilmişdi. «Monitor» jurnalı deputat, iqtidarda olan «Yeni Azərbaycan » partiyasının icra katibinin müavini Səyavuş Novruzovun iddiası ilə 40 milyon manat, yəni 8 min dollar cərimələnib. Jurnalın redaktoru Elmar Hüseynov məhkəmənin qərarını ədalətsiz, deputatın iddiasını isə gülünc adlandırıb.