İvan son 5 ildə ən güclü təbii fəlakətdir - 2004-09-17

Florida ştatının Milli Hava Proqnozları Mərkəzinin bildirdiyinə görə hazırda tropikal depressiyaya məruz qalan İvan qasırğası son 5 ildə Amerikanı ən güclü təsirinə məruz qoyan təbii fəlakət hesab edilir. Belə ki, Karib dənizi hövzəsində qaısrğa nəticəsində 80-ə yaxın adam həlak olub, milyonla insan təxliyyə edilib. Qasırğanın vurduğu ziyan 10 milyon dollar təşkil edir. Bazar günü prezident Buşun qasırğaya məruz qalan bölgələrin bəzilərinə səfər edəcəyi gözlənilir.