Iraqda daha 3 nəfər girov götürülüb - 2004-09-16

İraq və Amerikanın İraqdakı səfirliyinin nümayəndələri silahlı naməlum şəxslər tərəfindən iki amerikalı və bir britaniyalının oğurlandığını bildirirlər. İraqın Daxili İşlər Nazirliyinin bildirdiyinə görə, bu şəxslər İran körfəzində yerləşən inşaat şirkətinin işçiləridir. Əl-Mənsur rayonunun sakinləri səhər saat 6 radələrində atəş deyil, qeyri-adi səslər eşitdiklərini bildiriblər. Yaraqlı qruplaşmalar tərəfindən girov götürülən xaricilər, o cümlədən iki fransız jurnalisti və 2 italyan qadın hələ də azad edilməyib.