Birləşmiş Ştatlar NATO-nun sülh naminə tərəfdaşlıq proqramı çərçivəsində Bakıda keçiriləcək təlimlərdən Ermənistanı çıxarmasına görə Azərbaycanı tənqid etmişdir. Dövlət Departamenti manevləri təxirə saldığına görə NATO-nu dəstəklədiyini və Azərbaycanın erməni vətəndaşlarına viza verməməsi qərarına görə təəəsüf hissi keçirdiyini bildirmişdir. Ermənistan NATO-nun Bakıda keçirəcəyi təlimlərdə iştirak dövlətlər arasında olmalı idi. Azərbaycan prezidenti İlham Əliyev ölkəsinin siyasi düşməni olan Ermənistan zabitlərinin Bakıya gəlməsinin əleyhinə olduğunu və onları kənarda saxlamaq üçün hər bir lazımi ölçünün götürüldüyünü bildirmişdir. Dünən NATO-nun Avropdakı müttəfiq qüvvələrinin ali komandanlığı Azərbaycanın qərarına görə Cooperative Best Efforts təlimlərinin ləğv edildiyini bəyan etmişdi. Dövlət Departamentinin sözçüsü bildirmişdi ki, ABŞ NATO ilə sıx əməkdaşlıq və yaxın partnyorluq arzusunda olan Azərbaycan prezidentinin belə bir addım atdığına inana bilmir. Avqust ayının 14-dən 26-dək Bakıda keçiriləcək səhra təlimlərində 22 ölkədən hərbi nümayəndə iştirak etməli idi.