ABŞ-ın təyyarələri Tal Afar və Fallucaya hücum ediblər - 2004-09-09

Birləşmiş Ştatların hərbi təyyarələri Suriya sərhəd məntəqəsinin yaxınlığındakı Tal Afar şəhərini bombardman ediblər. Amerikanın hərbi qüvvələrinin nümayəndəsi bildirir ki , şəhər İraq hərbi qüvvələrinin nəzarətinə keçənə qədər şəhərə axınlar təşkil ediləcək. Tal Afar şəhər xəstəxanası bildirir ki , əməliyyatın nəticəsində 22 adam ölmüş 70 nəfər isə yaralanmışdır. Amerikanın hərbi təyyarələri Fallucadakı Əbü Musab Əl-Zərqavinin başçılıq etdiyi terror şəbəgəsinin üzvlərinin istifadə etdikləri bir binanı atəşə tutublar. Bu əməliyyatın nəticəsində qadın və uşaq daxil olmaqla 8 nəfər ölüb.