Florida yeni təhlükə altındadır - 2004-09-06

Meksika körfəsinə yaxınlaşan Franses qasırğası Florida ştatının şimal-qərb sahillərini yenidən təhlükə altına alıb. Belə ki, qasırğa ikinci dəfə Floridanı hədəf ala bilər. Milli Qasırğa Mərkəzi küləyin sürətinin 100 km-saatdan artıq olduğunu bildirir. Bazar günü Floridaya 33 sm yağış yağmış, bölgəni su basmış, 5 milyona yaxın sakin elektriksiz qalmışdır. Bir çox bölgələrdə fövqəladə vəziyyət hələ də qüvvədədir. Florida sakinlərini Atlantik okeanında qüvvə toplayan daha bir qasırğa təhlükəsi gözləyir.