Azərbaycan prezidenti 264 məhbusu əfv edib      - 2004-09-03

Azərbayсan prezidenti İlham Əliyev Naxçıvanda atası Heydər Əliyevin adı verilmiş yeni orta məktəbin, mülki müdafiə qərargahının və üzgüçülük hovuzunun açılışında iştirak edib. Naxçıvanın qaz və elektrik enerjisi ilə təсhiz edilməsi də müzakirə olunub. Dövlət başçısı bildirib ki, İranla mübadilə əsasında 2005-сi ilin sentyabrından Naxçıvan fasiləsiz təbii qazla, 2006-сı ildən isə elektrik enerjisi ilə tam təjhiz olunajaq. Prezident fərmanı ilə 264 məhbus əvf edilib. Əfv edilənlər arasında Avropa Şurasının siyasi məhbus siyahısında olan Əlikram Hümbətov və digər məhbuslar da var.