Girov götürülən şagirdlərdən səkkizi qətlə yetirilib - 2004-09-01

Şimali Osetiyanın rəsmiləri bildirirlər ki, Vladiqafqaz şəhərinin yaxınlığında məktəbə edilən hücum nəticəsində 400 nəfər şagird, valideyn və müəllim girov götürülmüş, şagirdlərdən səkkizi qətlə yetirilmişdir. Yaraqlılar dəstələrindən olan hər bir nəfərin öldürüldüyü təqdirdə əlli şagirdi qətlə yetirəcəkləri ilə hədələyirlər. Onlar eyni zamanda polisə də xəbərdarlıq etmişlər ki, əgər məktəbə hücum edilərsə məktəbi partladacaqlar. Rusiyadan verilən xəbərlərdə bildirilir ki, yaraqlılar bəzi üsyançıların azadlığa buraxılmasını tələb edirlər.