2001-ci ildə Birləşmiş Ştatların hərbi qüvvələri tərəfindən Əfqanıstanda ələ keçirilən yəmənli Əli Həmzə Əhməd Suleyman Əl- Bəhlula qarşı bu gün Quantanamo tribunalında müharibə cinayətlərinə dair rəmən ittiham irəli sürülüb. Əl-Bəhlul komissiyaya özü-özünü müdafiə edəcəyini bildirib. Onun xahişinin qəbul edilib-edilmədiyi hələ məlum deyil. Əl-Bəhlul Əl-Qaidənin üzvü olduğunu etiraf edib. Pentaqon onun Üsama Bin Ladenin şəxsi mühafizi və qrupun təbliğatçısı olduğundan şübhələnirdi.