Maoçular blokadaya son qoyurlar - 2004-08-24

Nepalın maoçu üsyançıları paytaxt Katmandunun blokadasını sabahdan etibarən bir ay müddətinə dayandıracaqlarını, beləliklə hökumətə onların tələblərinə cavab vermək imkanı yaratdıqlarını bildirirlər. Bu gün verilən bəyanatda deyilir ki, 7 günlük blokadanın götürülməsi qərarı biznes icması və insan hüquqları təşkilatlarının cağırışına cavab mahiyyəti daşıyır. Hökumət tərəfindən məsələyə münasibət hələ ki, bildirilməyib.