Fələstin Yaxın Şərq sülh prosesinin pozula biləcəyini deyir - 2004-08-22

Fələstin liderləri deyirlər ki, əgər Birləşmiş Ştatlar İstrailin işğal etdiyi ərazilərdə yəhudi yaşayış məntəqələrinin inşaasının saxlanılmasını dəstəkləsə, Yaxın Şərq sülh prassesi pozula bilər. Birləşmiş Ştatlar Yol xəritəsi planına əsasən İordan Çayının Qərb Sahili və Qəzzə zolağında yəhudi yaşayış məntəqəsində inşaanın dondurulmasını təklif etmişdi. Lakin Nyu York Timz qəzeti İsrail və Birləşmiş Ştatlar rəsmilərinə istinadən dünən yazmışdı ki, prezident Buş idarəsi bəzi yaşayış məntəqələrinin genişləndirilməsinə dəstək verir. Fələstinin baş naziri Əhməd Qureya deyir ki, o bu xəbərin doğru olub-olmaması üçün rəsmi məlumatın verilməsini gözləyir.