Pakistanda Əl-Qaidənin daha iki üzvü həbs edilib  - 2004-08-20

Pakistan hökuməti Peşəvərdə baş vermiş atışmalardan sonra Əl-Qaidənın iki üzvünün həbs edildiyini bəyan edib. Polis və kəşfiyyat orqanlarının rəsmilərinin dediyinə görə, həbs edilənlərdən biri Peşəvərin Hayatabad rayonunda polislə atışma zamanı yaralanıb. İkinci şəxs bu gün axşam həbs edilib. Pakistan bir ay ərzində həyata keçirilən reydlər zamanı Əl-Qaidanın təxminən 30 üzvünü həbs edib. İnformasiya naziri Şeyx Rəşid Əhməd Amerikanın Səsinin müxbirinə verdiyi müsahibədə həsb edilənlərdən birinin əlcəzairli olduğu haqda xəbərləri təsdiq etməyib. Lakin bildirib ki, onların hər ikisi xaricidir. Yaraqlı qruplarla əlaqələri olmaqda şübhələnilən bu iki şəxs Qari Nur Məhəmmədlə birlikdə həbs edilmişdir. Qari Nur Məhəmməd həbsxanada vəfat etmişdir. Polis onun infarkt kerçirdiyini demiş, lakin cənab Nurun partiyadaşları onun cəsədində ölənə qədər işgəncə verildiyinə dəlalət edən əlamətlərin olduğu haqda məlumatları təsdiq etmişlər. Qari Nur Məhəmməd bu gün dəfn edilmişdir. Onun mənsub olduğu Müttəhide Məclis-e-Amal nüfuzlu dini qrupun üzvləri dəfn zamanı kiçik etiraz nümayişi təşkil etmişdir.