Birləşmiş Ştatlar rəsmiləri terrorçulara yardım etmək itihamı ilə iki fələstinli militantı həbs ediblər. Baş prokuror Con Aşkroft Həmas üzvü olduğu deyilən Məhəmməd Hamid Xəlil Salahın bu gün Çikaqoda və Əbdülhalim Həsən Əbdülrəziq Aşqarın dünən Vircinayanın şimalında həbs edildiyini bəyan edib. Onlara qarşı reket və çirkli pulların yuyulması ittihamları da irəli sürülüb. Cənab Aşkroft hazırda Suriyada axtarışda olan Musa Məhəmməd Əbu Marzuk haqda da həbs qəti imkan tədbirinin verildiyini deyib. Baş prokurorun bildirdiyinə görə, bu üç şəxs on ildən artıqdır Həmasın qətllər və adam oğurlanması kimi fəaliyyətlərini maliyyəşdirməklə məşğul olublar.