London məhkəməsi 8 şübhəlinin işinə baxır - 2004-08-18

London məhkəməsində terrorçuluqda şübhələnilən səkkiz nəfərin işinə baxılır. Hakim təqsirləndirilən şəxslərin gələn həftəyə kimi həbsdə salanması barədə qərar çıxarıb. Şübhələnilən şəxslərdən biri Dhiren Barot Nyu-York, Vaşinqton, və Nyu-Cersidəki mühüm maliyyə binalarınin kəşfiyyat planlarına malik olmaqda ittiham olunur. Polis ehtimal edir ki, Barot Abu İsa Əl-Hindi adı ilə tanınan yüksək rütbəli Əl-Qaida əməliyyatçısıdır. Doqquzuncü şəxs qanunsuz silah saxlamaqda ittiham olunub. O, bu gün zaminə buraxılıb. Bu həbslər son zamanlar Pakistanda həyata keçirilmiş həbslərdən sonra əldə olunmuş məlumtlarla bağlıdır.