Gürcüstan və Cənubi Osset separatçıları yeni atəşkəs imzalayıblar - 2004-08-17

Gürcü və Cənubi Osetiya rəsmiləri yeni atəşkəs üzərində razılığa gəliblər. Bu plana əsasən regionda demilitarizasiya aparılmalıdır. Bu günün razılaşması Birgə Nəzarət Komissiyasının iclasında qət edilib. Görüşün yenidən keçirilməsinə səbəb atəşkəsin olmasına baxmayaraq Gürcü əsgərləri və Cənubi Osset separatçıları arasında baş verən döyüşlər olub. Hər iki tərəf insident üçün məsuliyyəti qarşı tərəfin üzərinə qoyub. Dünən Birləşmiş Ştatlar Dövlət Departamenti tərəfləri atəşkəsin pozulmasına son qoymağa və bir-birləri ilə dialoqa başlamağa səsləmişdir. Gürcüstan isə öz növbəsində dünya liderlərini Cənubi Osetiya məsələsi ilə bağlı beynəlxalq konfrans kecirməyə çağırmışdır.