Çarli qasırğası çox sayda adamın ölümünə səbəb oldu - 2004-08-14

Güclü qasırğaya məruz qalmış Floridadan verilən rəsmi xəbərlərə görə, Çarlı qasırğası çox sayda adamın həyataına son qoymuşdur. Hələlik 15 nəfərin öldüyü xəbər verilir. Rəsmi şəxlsər qərbi Floridadakı dağıntıları katastrofik kimi qələmə verir. Yüzdən çox adamın taleindən xəbər yoxdur. Xilasetmə qruplarının üzvləri qapı-qapı gəzərək sağ qalanları axtarır. Prezident Buş bir neçə rayonu təbii fəlakət zonası elan edib. Bölgəyə milli qvardiyanın əsgərləri göndərilib. Gözlənilməz qasırğa Floridaya böyük ziyan vurmuşdur. Küləyin sürəti saatda 290 kilometrə çatmışdır. Ştata 15 milyard dollar dəyərində ziyanın vurulduğu ehtimal edilir. Hazırda Çarli qasırğası Cənubi Karolayna istiqamətində hərərkət edir. Lakin qasırğanın maksimal sürəti zəifləmiş və hazırda saatda 135 kilometrə qədər enmişdir.